Təhsil naziri: "Müəllim-valideyn münasibətləri tənzimlənməlidir"
19:30 14 Sentyabr 2020
Sentyabrın 14-də respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Təhsil Nazirliyindən Femida.az-A bildirilib ki, konfrans Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, nazirliyin şöbə müdirləri, nazirlik yanında İctimai Şuranın üzvləri, məktəb direktorları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən virtual təşkil edilib.
Təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı məlumat verərək bildirib ki, məktəblərdə sağlam sosial-psixoloji mühitin yaradılması əsas şərtlərdən biridir. Pandemiya dövründə şagird-şagird, şagird-müəllim, müəllim-valideyn arasında münasibətlər tənzimlənməlidir.
Müəllimlərin işə qəbulu imtahanlarından danışan Emin Əmrullayev son dönəmdə müəllimliyə marağın daha da artdığını və bu il imtahan verən namizədlər arasında yüksək bal toplayanların əvvəlki illərlə müqayisədə daha çox olduğunu qeyd edib.
Çıxışında "STEAM" və "Rəqəmsal bacarıqlar" layihələrinə də toxunan Nazir deyib ki, sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya dövründə tədrisin təşkili ilə bağlı çıxış edərək teledərslərdən də söz açıb. Vəfa Yaqublunun sözlərinə görə, dərs cədvəli pandemiya dövrü olduğu üçün fərqli formada hazırlanmalıdır, hansısa fənn onlayn şəkildə, hansısa fənn isə əyani şəkildə keçirilməlidir. Vəfa Yaqublu Təhsil İnstitutu tərəfindən şagirdlərin ötən tədris ilinin ikinci yarımilində əldə etdikləri biliklərin diaqnostik qiymətləndirilməsi ilə bağlı sualların hazırlanaraq yerlərə göndərildiyini də diqqətə çatdırıb. Vəfa Yaqublunun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, övladlarının təhsilini əyani deyil, online formada davam etdirilməsini istəyən valideynlər üçün iltizam formaları hazırlanıb və yerlərə göndərilib.
Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sanitar-gigiyenik normalar haqqında ətraflı məlumat verib. Rüstəm Ağayev bildirib ki, məktəblərdə sosial məsafə gözlənilməli, hər bir müəllim məktəbə tibbi maska ilə gəlməli, hərarət normal olduqdan sonra siniflərə daxil olmalıdır.
Konfrans müzakirələrlə davam etdirilib.
Oxunub: 549
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"