Vəkillər assosiasiyalarının təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib


20:01     14 Sentyabr 2020 20_09_14_1600099365.jpg

Sentyabrın 12-də Vəkillərin Avropa Assosiasiyasının təşkilatçılığı ilə 50-dən çox ölkənin üzvlərinin iştirakı ilə “Vəkillik fəaliyyətində elektron xidmətlərdən istifadə” mövzusunda 12-dan çox ölkənin vəkillər assosiasiyalarının təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir.


İsveçrə, Polşa, Türkiyə, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, İtaliya, Özbəkistan, Qırğızıstan və digər ölkələrin, habelə Avropa Şurasının nümayəndələrinin iştirak etdiyi konfransa sədrliyi Vəkillərin Avropa Assosiasiyasının sədri, polşalı vəkil Mariya Şlazak həyata keçirmişdir. Xanım Şlazak öz çıxışında tədbirin əhəmiyyəti, qloballaşan dünyada, xüsusilə COVİD-19 pandemiyası dönəmində elektron infromasiya ehtiyalarından isitfadənin zəruriliyi barədə fikirlərini bölüşmüş, dünya səviyyəsində vəkil caməeəsinin həmrəylik nümayiş etdirməyinin vacibliyini bildirmişdir.

Konfransda ölkəmizi Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov və Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təmsil etmiş və ölkəmizdə vəkillər tərəfindən elektron hüquq xidmətlərindən istifadə, habelə ölkəmizdə vəkil peşəsinin qarşısında duran hədəflər və aktual problemlər haqqında təqdimatlarla çıxış etmişdir.

Daha sonra konfrans ərzində müsasir texnologiyalardan istifadə və bu yeniliklərin vəkillikdə gətirdiyi etik problemlər, məlumatlaırn mühafizəsi, fərdi məlumatlara çatımlılığın hədləri, müasir texnologiyalar davamlı inkişafı şərtləndirən amil və sair əhəmiyyət kəsb edən məsələlər barədə təqdimatlar edilmiş, faydalı fikir mübadiləsi keçirilmişdir.

Açar sözlər:

Oxunub: 588