Bu müəllim və şagirdlər sabah dərsə buraxılmayacaq - Nazirlikdən ÖZƏL AÇIQLAMA


20:14     14 Sentyabr 2020 ders.jpg

Xəbər verdiyimiz kimi sabah dərslər başlayır. Qeyd edək ki,ibtidai siniflər üçün dərslər Bakıda həftədə 2 digər rayonlarda isə 3 dəfə ənənəvi formada keçiriləcək. İbtidai sinif müəllimlərinin hamısı koronavirus testindən keçiblərmi?

Azmedia.Az xəbər verir ki , bununla bağlı Sonxeber.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əvvəlki günlərdə özündə hər hansı bir narahatlıq hiss edən həmin müəllimlər dərsə buraxılmayacaq:

"Sabahdan dərslər başlayır. Məktəbin girişində şagirdlərin və müəllimlərin hərarəti ölçüləcək. Temperaturu 37-dən yuxarı olan şagirdlər və müəllimlər məktəbə buraxlmayacaq. Bütün müəllimlərin kütləvi şəkildə koronavirus testindən keçirilməsi məsələsi hələlik gündəmdə deyil. Amma özündə narahatlıq hiss edən müəllimlər lazım olarsa koronavirus testindın keçirilə bilərlər".

Açar sözlər:

Oxunub: 334