Yol polisi təhlükəsizlik tədbirlərini gücləndirdi


11:15     15 Sentyabr 2020 20_09_15_1600154157.jpg


Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Astarada məktəblilərin iştirakı ilə yol nəqliyyat qəzalarının baş verməməsi, həmçinin yol hərəkətinin normal fəaliyyətini təmin etmək məqsədilə Dövlət Yol Polisi əməkdaşlarının aidiyyatı üzrə xidməti təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət həyata keçirilib.

Təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkətə, həmçinin məktəbliləri gətirən avtomobillərin dayanıb azyaşlıları düşürüb mindirməsinə nəzarət olunub ki, sıxlıq və tıxac yaranmasın. Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Görülən tədbirlər valideynlərin və müəllimlərin ürəyincə olub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı sentyabr ayının 5-dən oktyabr ayının 5-dək davam edəcək.





Femida.az

Açar sözlər:

Oxunub: 563