Baş Prokurorluğa 442 müraciət daxil olub - 6 ayda


11:57     15 Sentyabr 2020 2020/08/prok_esas_1596625149.jpg


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu günün rəqəmi isə “442”-dir.

Belə ki, vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961 Çağrı Mərkəzi”nə 2020-ci ilin I yarımili ərzində 442 müraciət qeydə alınmışdır.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.


Femida.az

Açar sözlər: #prokurorluq   #hüquq   #vətəndaş  

Oxunub: 547