Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım


12:33     15 Sentyabr 2020 20_09_15_1600157450.jpg

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr - Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.


Femida.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə "Twitter" hesabında paylaşıb.

"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!", Mövlud Çavuşoğlu qeyd edib.



Femida.az

Açar sözlər: #Çavuşoğlu   #Bakı  

Oxunub: 534