Köməksiz qalan azyaşlılar xilas olundu


15:44     15 Sentyabr 2020 2020/09/fhn-1-1600169694_1600170316.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.


Femida.az

Açar sözlər:

Oxunub: 471