Sentyabr ayı üzrə bütün pensiyalar ödənilib


16:23     15 Sentyabr 2020 pensiya%20bankomat.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb.

Femida.az xəbər verir ki, bu barədə DSMF-nin mətbuat katibi Rəşad Mehdili bildirib:

"Dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də sentyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər".

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar sentyabrın 10-da ödənilib.

Femida.az

Açar sözlər: #pensiya   #DSMF  

Oxunub: 415