Azərbaycanda vergi ödəyicilərinin onlayn növbə ilə qəbuluna başlanılır
18:24 15 Sentyabr 2020
12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Femida.az -a verilən məlumata görə, Dövlət Xidmətinin İnternet Vergi İdarəsində (https://www.e-taxes.gov.az/ebyn/novbe/) onlayn növbəyə yazılmaq imkanından vergi ödəyiciləri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması və bununla da vergi ödəyicilərinə xidmət mərkəzlərində Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərdən mümkün qədər çox vergi ödəyicilərinin yararlanması üçün onlayn növbəyə yazılma zamanı vergi ödəyicisinə məxsus mobil telefon nömrələrinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi imkanının yaradılması nəzərdə tutulur və yaxın günlərdə yenilik istifadəyə veriləcək.
Aşağıdakı link vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv etmək mümkündür:
- onlayn növbəyə yazılmaq: https://www.e-taxes.gov.az/ebyn/novbe/#/;
- onlayn növbənin ləğvi: https://www.e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html;
- elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/TelimatOnlaynNovbe.pdf.
Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.
“Tibbi maska olmadan xidmət mərkəzində qəbul həyata keçirilmir. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur”, - deyə Dövlət Xidmətindən bildirilib.
Oxunub: 448
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib