Tərtərdə yük maşını atlını vuraraq öldürüb


09:44     16 Sentyabr 2020 2020/09/1600200460198_hycipkHX_1600235107.jpeg

Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağdam-Bərdə yolunun "Dörd yol qəsəbəsi" adlanan hissəsində qeydə alınıb.

Bərdə rayonunun Xanərəb kənd sakini, 27 yaşlı Süleymanov Asif Şəmi oğlu atla hərəkətdə olduğu zaman yük maşını onu vuraraq qaçıb. Yaralını yaxınları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 247