Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
09:57 16 Sentyabr 2020
Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub.
Femida.az -ın verdiyi məlumata görə, soydaşlarımız avtobuslarla "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.
Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib.
Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.
Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.
Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.
Oxunub: 440
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib