Ermənistanda son sutkada 257 nəfər koronavirusa yoluxub


11:22     16 Sentyabr 2020 20_09_16_1600240998.jpg

Ermənistanda son sutka ərzində 257 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az -ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46376-a çatıb.

Son sutkada virusdan daha 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 923-ə çatıb.

Açar sözlər:

Oxunub: 430