Ağcabədidə 5 otaqlı ev yanıb


11:33     16 Sentyabr 2020 yanginn2.jpg

Ağcabədidə ev yanıb.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Qarayev Şəhriyar Fəxrəddin oğluna məxsus, ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 474