DTX əməliyyat keçirdi - ANBAAN VİDEO
12:21 16 Sentyabr 2020
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
Femida.az xəbər verir ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir
Oxunub: 1015
Oxşar xəbərlər
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- DTX: "Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb"
- DTX-nin rəis müavini: "Kibertəhlükə ilə mübarizədə birgə fəaliyyətə ehtiyac var"
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb