Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər


14:13     16 Sentyabr 2020 20_09_16_1600252462.jpg


Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər.


Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Layihədə bildirilib ki, etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Qeyd edək ki, layihə sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 208


Oxşar xəbərlər