Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat ödənilib
16:54 16 Sentyabr 2020
Avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən 22 885 vergi ödəyicisi 234 355 muzdlu işçisi üçün 101,9 mln. manat həcmində vəsait alıb, 49 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 mln. manat həcmində dəstək əldə edib.
İqtisadiyyat Nazirliyindən Femida.az-ə verilən məlumata görə, bu günədək dövlət tərəfindən ayrılan vəsaitlərin muzdlu işçilərə dəstək proqramı üzrə 93,7%-i, fərdi sahibkarlar üzrə 95,2%-i sahibkarlara ödənilib.
Qeyd edək ki, aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 mln. manat, 107 223 fərdi sahibkar isə 63,7 mln. manat maliyyə dəstəyi əldə edib.
Femida.az
Oxunub: 575
Oxşar xəbərlər
- Pandemiyadan ən çox zərər çəkən ölkələr məlum olub
- Pandemiyadan zərər çəkmiş sahibkarlar 20 milyon manat subsidiya alıb
- Pandemiyadan zərərçəkən sahibkarlara dəstək göstərilməsinin ikinci mərhələsinə start verilib
- Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 mln. manatdan çox maliyyə dəstəyi göstərilib