Azərbaycanda 1,7 milyon muzdlu işçi var
17:11 16 Sentyabr 2020
Avqustun 1-nə muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib.
Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri-neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb. Müәssisә vә tәşkilatlarda muzdla çalışan işçilәrin 24,9 faizi mәhsul istehsalı sahәlәrindә, o cümlәdәn 8,4 faizi tikintidә, 7,6 faizi emal sәnayesindә, 3,4 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq sahәlәrindә, 2 faizi mәdәnçıxarma sәnayesindә, 1,8 faizi su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı, 1,7 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahәlәrindә mәşğul olub.
Xidmәt sahәsindә işlәyәnlәrin 19,5 faizi tәhsil, 18,2 faizi ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri, 8,1 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, 6,6 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 4,6 faizi inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, 4,5 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,4 faizi peşә, elmi vә texniki fәaliyyәt, 3,3 faizi istirahәt, әylәncә vә incәsәnәt, 1,7 faizi informasiya vә rabitә, 1,7 faizi maliyyә vә sığorta fәaliyyәti, 1,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 1,1 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi vә 1 faizi daşınmaz әmlakla әlaqәdar әmәliyyatlar sahәlәrindә çalışıblar. Yeddi ayda bir işçiyә düşәn orta aylıq işlәnmiş iş saatlarının miqdarı 132,6 saat tәşkil edib.
Femida.az
Oxunub: 817
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib