Dünya Bankı: “Azərbaycan əhalisi ölkənin ən qiymətli resursudur”


22:12     16 Sentyabr 2020 2020/09/1600277712046_IMbZRG10_1600280041.jpeg

“Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər”.

Femida.az xəbər verir ki, bu barədə Dünya Bankının yeni dərc olunmuş İnsan Kapitalı İndeksində (İKİ) dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyəti qiymətləndirilməsinə dair hesabatında qeyd edilib.

Bu ilki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunub. Bildirilib ki, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir: “Lakin, Covid-19 pandemiyası və onun nəticəsində əmtəə bazarlarında baş vermiş təlatümlər bu günədək əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur. İctimai sağlamlığın qorunması məqsədilə tətbiq edilmiş pandemiya ilə bağlı məhdudiyyətlər səhiyyə və təhsil xidmətlərinin təmin edilməsini bir sıra çağırışlarla üz-üzə qoyur”.

Femida.az

Açar sözlər:

Oxunub: 761