Bakıda karantini pozan model cərimələndi
11:13 17 Sentyabr 2020
Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.
Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Qeyd edək ki, Günel Dəmirova modeldir.
Femida.az
Oxunub: 724
Oxşar xəbərlər
- Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri modelinə keçir
- Restoranda ad günü məclisi keçirən model cərimələndi
- Prezident İlham Əliyev: "Biz Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq"
- ƏƏSMN: Bu, əhaliyə xidmət modelinə keçiddir
- Azərbaycan alimləri neft-qaz sənayesi xərclərini azaldan model təklif ediblər
- DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək
- Yeni model əsasında sınaq imtahanı keçiriləcək
- Azərbaycan xeyli sayda yeni model təyyarələr alacaq
- Tacikistan və Qırğızıstan "ASAN xidmət" modelinin ixracı ilə bağlı Azərbaycana müraciət edib
- Podiumda gülməli anlar: Tamaşaçı qadın modellərə qoşuldu +VİDEO