Vilayət Eyvazov sıra baxışı keçirib
12:28 17 Sentyabr 2020
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 240 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb.
General-polkovnik Vilayət Eyvazov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”