Prokurorluq əməkdaşları onlayn platformada iştirak edib


14:52     17 Sentyabr 2020 Prokurorluq%20yen%20%20070714.jpg

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.


Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Cari ilin 5-11 sentyabr tarixlərində Avstriyanın Vyana şəhərinin Laksenburq vilayətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) təşkil etdiyi 45 müxtəlif ölkələrdən olan 102 nümayəndənin iştirakı ilə keçirilən 2020 Beynəlxalq Antikorrupsiya onlayn platforma qaydasında (videoformat rejimində) Yay Akademiyasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov və Abşeron Rayon Prokurorluğunun müstəntiqi Günay Süleymanova iştirak ediblər.

Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis olunduğu 2011-ci ildən bugünədək 1 000-dən artıq məzunu olan, dünyanın inkişaf etmiş ölkələri, həmçinin Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Antikorrupsiya Akademiyası tərəfindən hər il olduğu kimi bu il də təşkil olunmuş videoformatda keçirilmiş yay akademiyasının təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 12 nəfər ekspert iştirak edib.

Mühazirələrdən daha çox Guido Palazzonun “Niyə yaxşı menecerlər düzgün olmayan qərarlar qəbul edirlər”, Muştaq Xanın “Korrupsiya və İqtisadi İnkişaf” və Riçard Messik, Hamiş Qold-Skot və Fernando Dayerin birlikdə təşkil etdiyi “İnfrastruktur sahəsində Korrupsiyanın qarşısı necə alınmalı” mövzuları iştirakçılar tərəfindən daha maraqla qarşılanıb, həmin mövzular ətrafında geniş və daha aktiv müzakirələr aparılıb.

Tədrisin sonunda imtahan təşkil edilib və imtahanı uğurla başa vuran prokurorluq əməkdaşları Beynəlxalq Antikorrupsiya Akademiyasının 2020 Yay akademiyasını bitirmələri ilə əlaqədar sertifikatla təltif ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 410