Zaqatalada yağış və güclü külək 7 kəndə ziyan vurdu


15:14     17 Sentyabr 2020 2020/09/yagish_leysan_00_1600341390.jpg

Sərt hava şəraiti Zaqatalanın 7 kəndinə ciddi ziyan vurub.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, kəskin hava şəraiti səbəbindən çoxlu sayda evə və təsərrüfata ziyan dəyib:

"Zaqatalanın Mosul, Qandax, Faldarlı, Müğanlı, Kəpənəkçi, Dağlı və Üçüncü Tala kəndlərinə ziyan dəyib. Bu kəndlərdə bir neçə evin damı yararsız hala düşüb, mal tövlələrinin dam örtüyü də uçub. Çoxlu sayda yaşılllıq əraziyə ziyan dəyib, irigövdəli ağaclar aşıb. Bundan əlavə elektrik və telefon dirəkləri aşıb. Elə yerlər var ki, sıra ilə rabitə kabelləri üçün olan dirəklər aşaraq sıradan çıxıb".

İH-dən qeyd olunub ki, baş vermiş hadisənin araşdırılması üçün rayon Fəvqaladə Hallar Komissiyası tərəfindən xüsusi qruplar ayrılıb və ərazilərə cəlb olunublar:

"Hazırda həmin kəndlərə işığın verilməsi istiqamətində işlər görülür, bu gün yekunlaşacağı nəzərdə tutulur. Bəzi ərazilərdə irigövdəli ağacların aşması səbəbindən yollarda avtomobillərin gediş-gəlişində problemlər yaranmışdı. Texinkaların köməyi ilə həmin problemlər də aradan qaldırılıb, yollar açılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 214