Azərbaycanın bu rayonunda kütləvi yoluxma qeydə alındı


18:02     17 Sentyabr 2020 20_09_17_1600351377.jpg

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

TƏBİB-dən Femida.az-a verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.

Açar sözlər:

Oxunub: 527