Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum olub


18:19     17 Sentyabr 2020 20_09_17_1600352439.jpg

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

Bu barədə Femida.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15:00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Açar sözlər:

Oxunub: 624