Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb


19:10     17 Sentyabr 2020 20_09_17_1600354401.jpg

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir.

TƏBİB-dən Femida.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 9-dur.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Hazırkı dövrədək isə 1 035 286 test aparılıb.

Açar sözlər:

Oxunub: 449