ÜST Avropada koronavirusa yoluxma hallarının artmasından narahatdır
20:02 17 Sentyabr 2020
“Avropada sentyabr ayında alınan rəqəmlər hamı üçün həyəcan siqnalı olmalıdır. Çünki qeydə alınan yoluxma hallarının sayı mart və aprel aylarına nisbətən daha çoxdur”.
Femida.az TASS-a istinadən xəbər verir ki, bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib.
ÜST həmçinin bir neçə ölkənin karantin müddətini azaltmaq qərarından narahatlığını da dilə gətirib. “Karantinin, kiçik müddətə olsa belə, azaldılmasının insanlara və cəmiyyətə necə böyük təsir edə biləcəyini bilirik”, - H.Klüge bildirib.
O, region ölkələrini mütəxəssislərlə əməkdaşlıq edərək standart elmi prosedurlara riayət etməyə və karantinləri təhlükəsiz şəkildə azaltmaq üçün yollar axtarmağa çağırıb.
Oxunub: 411
Oxşar xəbərlər
- ÜST yeni koronavirus dalğasını elan edib
- ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirib
- ÜST mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı araşdırmaya başlayıb
- ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
- ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib
- ÜST növbəti pandemiyaya hazırlaşır?- Yeni infeksiya harda yaranacaq
- ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib
- ÜST yeni koronavirusu ilə bağlı məlumatı şərh edib
- ÜST: "Omikron” səhiyyə sistemini alt-üst edib"
- ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib