ABŞ-da son sutkada COVID-19-dan 1 123 nəfər vəfat edib


20:43     17 Sentyabr 2020 20_09_17_1600359566.jpg

ABŞ-da son sutka ərzində 40 074 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub, 1 123 nəfər vəfat edib.

Femida.az -ın "worldometers"ə istinadən verdiyi xəbərə görə, bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 6 829 951, ölənlərin sayı 201 403 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə xəstəlikdən sağalanların sayı isə 4 milyon 120 mini ötüb.

Açar sözlər:

Oxunub: 257