Eyvazov işdən çıxardığı rəisin yerinə bu şəxsi təyin etdi


10:07     18 Sentyabr 2020 20_09_18_1600409287.jpg


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb. / Report

Femida.az


Açar sözlər: #Eyvazov   #polis   #rəis   #DİN  

Oxunub: 1170