Ermənistanda son sutkada 239 nəfər koronavirusa yoluxub


11:04     18 Sentyabr 2020 20_09_18_1600412715.jpg

Ermənistanda son sutka ərzində 239 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.


Femida.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46910-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 926-ya çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 771