"Cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır" - Əli Hüseynli
11:20 18 Sentyabr 2020
“Hazırda ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır”.
Femida.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin iki istiqamətdə aparıldığını qeyd edən komitə sədri bildirib:
“Bunlardan birinci preventiv üsullar, yəni, qabaqlayıcı tədbirlər, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və digər mexanizmlərdir. İkinci istiqamət isə cinayət təqibidir. Son illər ölkəmizdə idarəetmə sahəsində şəffaflığı təmin etmək üçün bir sıra struktur islahatları həyata keçirilib”.
Əli Hüseynli vurğulayıb ki, əgər ictimaiyyəti narahat edən, cəmiyyətə ciddi zərər vuran cinayət hadisələri mövcuddursa, təbii ki, cinayət təqibi həyata keçirilməlidir.
“Cinayət yolu ilə əldə olunan vəsaitlər, maddi nemətlər qanunvericiliyə əsasən müsadirə olunmalıdır. Cəmiyyət, vətəndaşlar dövlətimizin başçısının bu istiqamətdə siyasətini dəstəkləyir”, - deyə o bildirib.
Femida.az
Oxunub: 659
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb