Azərbaycanda fəxri adların verilməsi ilə bağlı yeni mexanizm yaradılır
13:20 18 Sentyabr 2020
"Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir".
Femida.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib: "Bu mexanizimə əsasən, orada açıq aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil kommisiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik".
Femida.az
Oxunub: 377
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib