Azərbaycanın strateji valyuta ehtiyatları artıb
14:15 18 Sentyabr 2020
Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.
Mərkəzi Bankdan Femida.az-a verilən məlumata görə, sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib.
Qeyd edilib ki, dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlib: "Avqustda brent markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enib. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur. Aşağı neft qiymətlərinə baxmayaraq, ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.
Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artıb".
Oxunub: 365
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub