Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb
14:17 18 Sentyabr 2020
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.
Femida.az xəbər verir ki, sentyabrın 16-17-də icma Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya səfiri cənab Dainis Qarançs ilə görüşlər keçirib.
Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.
İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması və qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.
Femida.az
Oxunub: 595
Oxşar xəbərlər
- Qarabağın ilk hava limanında işləmək üçün vakansiya
- Qarabağın yenidən qurulmasına 372 milyon manat xərclənib
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Qarabağın Azərbaycanlı İcması adını dəyişdi
- Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq
- Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır
- Qarabağın azərbaycanlı icmasından Prezidentə təbrik
- Qarabağın tarixi ilə bağlı sənədli filmlər hazırlanacaq
- Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara MÜRACİƏT
- Qarabağın yeni təyin olunan hərbi prokuroru KİMDİR? - DOSYE