Keçmiş məhkumun evindən 6 kilodan çox narkotik çıxdı


14:27     18 Sentyabr 2020 narkotik3.PNG

Astarada evdən narkotik maddə tapılıb.

Femida.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Astara rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə Təngərüd kənd sakini, əvvəllər məhkum olunmuş E.Əsgərovun evindən 6 kiloqram 657 qram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 467