Vasif Talıbov onları təltif etdi


16:25     18 Sentyabr 2020 2018/12/vasif-talibov_1544252995.jpg

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sevda Hüseyn qızı Novruzovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sərəncam imzalayıb.

Qeyd edək ki, Sevda Novruzova Muxtar Respublikanın Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışır.

Vasif Talıbovun digər sərəncamı ilə musiqi təhsili və mədəniyyətin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə Hüseynov İlqar Adil oğlu və Hüseynova Səmirə Seyran qızına “Əməkdar müəllim”, Əsədov Vaqif Mustafa oğlu və Quliyev Nihat Heydər oğluna “Əməkdar artist” fəxri adları verilib.


Femida.az

Açar sözlər:

Oxunub: 506