Prokurorluq Xaçmazda iki nəfərin qətlə yetirlməsi faktı ilə bağlı məlumat yayıb
18:55 18 Sentyabr 2020
Sentyabrın 18-də saat 06 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon Prokurorluğundan Femida.az-A verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Rəhman Osmanovun arvadının bir neçə gün əvvəl evi tərk edərək öz valideynlərinin evinə getməsi səbəbindən qeyd edilən tarixdə qayınatası Beykəs Yunusov və qayınanası Sona Yunusova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxunub: 459
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb