Təhsil naziri əmr imzaladı


19:11     18 Sentyabr 2020 2020/09/tehsil-naziri-emin_1600441008.jpg

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Açar sözlər:

Oxunub: 691