Cəlilabadda yaşayış evi yanıb


19:22     18 Sentyabr 2020 20_09_18_1600442099.jpg

Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Femida.az -ın məlumatına görə, yanğın nəticəsində evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb.
Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 481