“Azərenerji”nin işçisini cərəyan vuraraq öldürüb


20:22     18 Sentyabr 2020 20_09_18_1600445248.jpg

Sumqayıtda bədbəxt hadisə olub.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb. Şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Sənan Ağa oğlu transformatorda təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

S.Ağayevin “Azərenerji”nin işçisi olduğu bildirilir.


Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 541