Vəkillik statusu ləğv olunan Paşayevdən - Açıqlama
21:15 18 Sentyabr 2020
Xəbər verdiyimiz kimi, Şimali Osetiya Vəkillər Palatası azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib.
Femida.az -ın “TASS”a istinadən məlumatına görə, Moskvada ölümlə nəticələnən yol qəzası törətmiş aktyor Mixail Yefremovun keçmiş vəkili olan Paşayev statusu alındıqdan sonra jurnalistlərə ilk açıqlamasını verib. O, bir il sonra yenidən vəkillik fəaliyyətinə qayıtmaq niyyətində olduğunu deyib:
“Əvvəlcədən də demişdim ki, vəkillik statusuma xitam veriləcək, ifadələrim qəti idi. Ancaq statusumun ləğv olunmasına layiq deyildim. Qanunda xəbərdarlıq, töhmət nə üçün var? Ancaq yenə də mən Osetiya Respublikasının xalqını sevməyi dayandırmayacam. Mən sizinlə fəxr etdim, fəxr edirəm. Sizi əmin edirəm, bir il sonra onsuz da bu palataya qayıdacam”.
“RİA Novosti” xəbər verir ki, E.Paşayev bundan sonra məşğul olacağı işlərdən də danışıb.
“İşlərimlə məşğul olmağa davam edəcəm – mülki, arbitraj, ailə məsələləri. Bunun üçün vəkil statusu tələb olunmur. Fəaliyyətimə davam edəcəm. Bilirsiniz, vəkil statusu ilə çox şeyi danışmaq olmazdı. Statusum ləğv olundu – daha bir il dilim sərbəst olacaq”.
Oxunub: 531
Oxşar xəbərlər
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı vəkillik üçün nələr vəd edir?
- Elman Paşayev vəkillik statusundan məhrum edilib
- İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik etdi
- “Vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var" - Metin Feyzioğlu
- Nazir: “Ədalət mühakiməsi olmayan ölkədə vəkillik də ola bilməz"
- Adil İsmayılovun vəkillik fəaliyyətinə qoyulan qadağa ləğv edilib
- Kollegiyanın sədrindən Adil İsmayılovla bağlı AÇIQLAMA: "Vəkillik anarxiya deyil"
- 189 nəfər vəkillik imtahanından keçdi
- Bölgələrdə vəkillik büroları üçün bina ayrılıb