Azərbaycanda ilk dəfə palçıq vulkanlarının püskürmə dərinliyi araşdırılıb


21:51     18 Sentyabr 2020 vulkan.jpg

"Azərbaycanda palçıq vulkanları ilə bağlı yeni araşdırmalar həyata keçirilib".

Femida.az xəbər verir ki, bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli qurumun prezidenti, akademik Ramiz Mehdiyevə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürmə dərinliyi və hansı müddətə davam etməsi barədə analizlər aparılıb.

Q.Yetirmişli həmçinin 2020-ci ilin ötən dövründə Azərbaycanda və ona bitişik ərazilərdə 5 428 zəlzələnin baş verdiyini, onlardan 14-nün hiss olunduğunu da vurğulayıb.

Açar sözlər:

Oxunub: 564