Rezidenturaya ixtisas seçiminin tarixi açıqlandı


12:13     19 Sentyabr 2020 big_1502126936_imtahan130.jpg

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır.


Femida.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün elan olunub.

İştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 530