Valideynlər övladları ilə bağlı iltizam imzalayacaq
16:00 19 Sentyabr 2020
Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.
Femida.az xəbər verir ki, özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır.
Həmçinin valideyn pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür.
Femida.az
Oxunub: 2439
Oxşar xəbərlər
- Valideynlərlə təşkilatçılar arasında insident: Yaralılar ortada qaldı
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Valideynlərin hansı hallarda övladlarını məktəbə göndərməyəcəkləri məlum olub
- Valideynlərini itirmiş şəxslərlə bağlı mühüm xəbər
- Valideynləri tərəfindən imtina olunan uşaqlarla bağlı YENİ QƏRAR
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Valideynlərini itirmiş uşağa və ona baxan şəxsə bu müavinətlər verilir - Hüquqi maarifləndirmə
- Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM
- Valideynlər uşaqlarına serial qəhrəmanlarının adını qoyur - Statistika
- Valideynlərinin başını kəsən, övladlarına dəhşətli işgəncə verən şəxs tutuldu - DƏHŞƏTLİ VİDEO