Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb


17:39     19 Sentyabr 2020 bicaq.jpg

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

22 yaşlı Alıyev Elnur Vaqif oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 22 yaşlı oğlan avtobusdan düşəndə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 446