BDU professorun universitetə buraxılmaması ilə bağlı açıqlama yaydı


21:33     19 Sentyabr 2020 2020/09/442705a4-bd1d-3267-a9c4-a23e04ac3486_1600536886.jpg

Məlumatda vurğulanıb ki, ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşıb, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaradıb:

"Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sı kimi qəbul edilməlidir. Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, sensasiya xatirinə əsassız informasiyalar yayıb, Universitetdə aparılan islahatlara, görülən işlərə kölgə salmasınlar. Professor Nəsir Əhmədlinin öz sosial şəbəkə hesabında qeyd etdiyi kövrək duyğularını bu cür yozmaq qəbuledilən deyil".

Qeyd edək ki, Professir Nəsir Əhmədli kafedradakı kompüterindən onlayn dərs keçmək üçün BDU-ya getdiyini, amma mühafizəçinin onu universitetə buraxmadığı barədə məlumat yayıb.

Professor 55 il mütəmadi olaraq gedib-gəldiyi təhsil müəssisəsinə buraxılmadığı üçün təsirləndiyini bildirib.

Açar sözlər:

Oxunub: 440