Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 100 min nəfəri ötüb


11:52     20 Sentyabr 2020 20_09_20_1600587846.jpg

Rusiyada son sutka ərzində daha 6148 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1103399 nəfərə çatıb.

Son sutka ərzində 79 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 418 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 396