Jurnalist olmaq istəyən 239 nəfər imtahana gəlmədi


13:18     20 Sentyabr 2020 jurnalist%20qabiliyyet.jpg

Jurnalistika ixtisasına qəbul olmaq istəyən 962 abituriyent qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 239-u imtahana gəlməyib.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Xatırladaq ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də qabiliyyət imtahanı keçirilib. Sentyabrın 15-də imtahanların nəticələri açıqlanıb.


Femida.az

Açar sözlər:

Oxunub: 277