Dayı və bacısı oğlu arasında qanlı olay


16:09     20 Sentyabr 2020 bicaq.jpg

Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Tərəflər arasında düşən münaqişə zamanı X. Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.

Hadisəni törədən X.Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 275