Qubanın kəndində ikinci yanğın başlayıb


17:05     20 Sentyabr 2020 yangin_38673636.jpg



Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

Femida.az-ın verdiyi məlumata görə, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 476