Yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb


09:18     21 Sentyabr 2020 piyada8.jpg

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

Femida.az -ın məlumatına görə, 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Xatırladaq ki, hadisə sentyabrın 20-də Ələt-Astara magistral yolunda baş vermişdi. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarında dayanan piyada Bayram Əliyevi vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 420